...

Polis Türkiyə Baş nazirinin iqamətgahını tutmağa çalışan nümayişçiləri dağıdıb

Dünya xəbərləri Materials 4 İyun 2013 01:06 (UTC +04:00)
Polis gözyaşardıcı qaz vasitəsilə Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın İstanbuldakı iqamətgahını tutmağa çalışan nümayişçiləri dağıdıb.
Polis Türkiyə Baş nazirinin iqamətgahını tutmağa çalışan nümayişçiləri dağıdıb

Azərbaycan, Bakı, 4 iyun / Trend /

Polis gözyaşardıcı qaz vasitəsilə Türkiyə Baş naziri Rəcəb Tayyip Ərdoğanın İstanbuldakı iqamətgahını tutmağa çalışan nümayişçiləri dağıdıb. Bu barədə çərşənbə axşamı Trend Anadolu agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, nümayişçilər bazar ertəsi gecə Ərdoğanın Dolmabaxçədəki iqamətgahını tutmağa çalışıblar.

Türkiyədə Taksim meydanındakı Gezi parkı ilə bağlı baş verən hadisələr zamanı təhlükəsizlik qüvvələrinin 115 əməkdaşı yaralanıb, xəsarət alan 58 vətəndaşa da xəstəxanalarda tibbi yardım göstərilir.

Qeyd edək ki, Türkiyənin müxtəlif şəhərlərində baş verən etiraz aksiyaları ilə əlaqədar olaraq 730 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti