...

Dmitri Peskov: Putin hələ ki boşanmanı rəsmi sənədləşdirməyib, lakin qərar qəbul edilib

Dünya xəbərləri Materials 7 İyun 2013 01:56 (UTC +04:00)
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bildirdiyinə görə, Vladimir və Lyudmila Putina boşanma haqqında elan edilmiş niyyətlərini hələ ki rəsmi qaydada sənədləşdirməyiblər, lakin qərar qəbul edilib.
Dmitri Peskov: Putin hələ ki boşanmanı rəsmi sənədləşdirməyib, lakin qərar qəbul edilib

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bildirdiyinə görə, Vladimir və Lyudmila Putina boşanma haqqında elan edilmiş niyyətlərini hələ ki rəsmi qaydada sənədləşdirməyiblər, lakin qərar qəbul edilib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Cümə axşamı axşam prezident öz xanımı ilə Dövlət Kreml sarayında "Esmeralda" baletində olublar. Bir az sonra telemüsahibədə onlar elan ediblər ki, otuzillik nikahdan sonra boşanmağa qərar veriblər.

"Onlar deyiblər ki, ayrılırlar və mən deyə bilmirəm, nə vaxt bu məsələ sənədləşdiriləcək, lakin bu o qədər də əhəmiyyətli deyil, çünki qərar barədə elan olunub", - Peskov deyib.

O, qeyd edib ki, Vladimir Putinin səfərlərin geniş coğrafiyası daxil olmaqla iş qrafiki yaxşı məlumdur. Bununla yanaşı prezident öz xanımı ilə artıq müəyyən vaxtdır ki, birlikdə yaşamırlar.

Xəbər lenti

Xəbər lenti