...

BMT xaricdə personalın təhlükəsizliyini gücləndirməyi tələb edib

Dünya xəbərləri Materials 20 İyun 2013 06:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Birləşmiş Millətlər Təşkilatının (BMT) əməkdaşlarının Həmkarlar İttifaqı Somalinin paytaxtı Moqadişoda BMT missiyasının kompleksinə hücumdan sonra xaricdə onun təşkilatlarının təhlükəsizliyini gücləndirməyə çağırıb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Terrorçu özünü BMT kompleksinin girişində partladandan sonra silahlı döyüşçülər kompleksin ərazisinə soxularaq atəş açıblar. Səkkiz nəfər həlak olub. Frans Press agentliyinin məlumatına görə, hücum üzrə məsuliyyəti Malidə fəaliyyət göstərən "Əl-Qaidə" ilə əlaqəlı olan "Aş-Şabab" radikal islam qruplaşması öz üzərinə götürüb.

"BMT-nin müxtəlif agentliklərində və proqramlarında işləyən personala qarşı edilmiş bugünkü məhvedici hücumu nəzərə alaraq, burada bizim olmağımızı genişləndirməzdən əvvəl ittifaqın baş katibi Somalidə əməkdaşların müdafiəsi üçün əlavə ölçülərin götürülməsinə zəmanət verməyə çağırıb", - BMT əməkdaşları Həmkarlar İttifaqının həmin gün yayılmış bəyanatında vurğulanır:

"Bu görülməmiş hücum hər gün bütün yer kürəsi üzrə BMT əməkdaşlarına yenidən saysız-hesabsız risklər haqqında faciəli xatırlatmaya səbəb olur".

Hazırda BMT rəhbərliyi Colan yüksəkliklərində Suriya və İsrail arasında ayrılma zonasında UNDOF sülh missiyasında yaranmış böhranın öhdəsindən gəlməyə çalışır. Suriya hakimiyyəti və müxalifəti arasında gedən döyüşlər zamanı hücumlara məruz qalmış 300-dən artıq Avstriya hərbi qulluqçusu üçün təcili surətdə əvəzetmə heyəti axtarılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti