...

Ermənistan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Dünya xəbərləri Materials 25 İyun 2013 10:17 (UTC +04:00)
Ermənistan XİN rəhbəri Edvard Nalbandiyan yaxın günlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.
Ermənistan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Ermənistan XİN rəhbəri Edvard Nalbandiyan yaxın günlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. Trend-in məlumatına görə, bu barədə "APKA" agentliyi Ermənistan XİN mətbuat katibi Tiqran Balayanın "Facebook" sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi məlumata istinadən xəbər yayıb.

Balayan görüşün vaxtını və yerini qeyd etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti