...

Ermənistan prezidenti ATƏT-in fəaliyyətdə olan sədri ilə Qarabağ problemini müzakirə edib

Dünya xəbərləri Materials 16 İyul 2013 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Ermənistan Prezidenti Serj Sarkisyan Yerevanda ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ilə Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib. Trend-in məlumatına görə, bu barədə Ermənistanın "ARKA" qəzeti ölkə başçısının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir: "Görüş zamanı tərəflər gərginliyi azaltmaq üçün tədbirlərin həyata keçirilməsi məqsədilə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə ATƏT-in Minsk qrupunun missiyasına tam dəstəklərini ifadə ediblər".

Sarkisyan vurğulayıb ki, Ermənistan Kojaranın səfərini yüksək qiymətləndirir. Bu, ATƏT-ə Ukraynanın sədrliyi dövründə Cənubi Qafqaz regionundakı problemlərə olan diqqətini göstərir.

Prezident qeyd edib ki, Yerevan ATƏT çərçivəsində əməkdaşlığa böyük önəm verir.

Onun sözlərinə görə, təşkilat Avrasiya məkanında və Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsində böyük rol oynamağa davam edir.

Sarkisyan, o cümlədən ATƏT-in insan haqlarına və demokratik proseslərin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti