Azərbaycan, Bakı, 29 iyul /Trend/
ABŞ hakimiyyəti bəyan edib ki, bu həftə İsrailin nümayəndə heyətilə fələstinlilər arasında görüş keşirilə bilər. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bununla 3 ildir ki, dondurulmuş danışıqlar bərpa oluna bilər.
Məlumatda deyilir ki, bir müddət əvvəl Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas danışıqların çərşənbə axşamı günü bərpa olunacağını bildirib. Bu faktı artıq amerikalılar da təsdiqləyirlər.