...

Suriya BMT-ni uçuşsuz zonaların tətbiqi ideyasından imtina etməyə çağırıb

Dünya xəbərləri Materials 29 İyul 2013 23:03 (UTC +04:00)
Suriya BMT-ni bu ölkədə uçuşsuz zonaların tətbiqi ideyasından imtina etməyə çağırıb. Qeyd edilən təşkilatın yanındakı Suriyanın daimi nümayəndəsi Bəşər Cəfərinin bildirdiyinə görə, bu ideya mart 2011-ci ildən davam edən böhranı nizama salmağa imkan verməyəcək.
Suriya BMT-ni uçuşsuz zonaların tətbiqi ideyasından imtina etməyə çağırıb

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Suriya BMT-ni bu ölkədə uçuşsuz zonaların tətbiqi ideyasından imtina etməyə çağırıb. Qeyd edilən təşkilatın yanındakı Suriyanın daimi nümayəndəsi Bəşər Cəfərinin bildirdiyinə görə, bu ideya mart 2011-ci ildən davam edən böhranı nizama salmağa imkan verməyəcək. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

"Biz səmimiyyətlə sülhə dair getməliyik, lakin uçuşsuz zonaların yaradılması kimi belə çağırışlar, qoyulmuş məqsədlərə uyğun olmayacaqlar," - Cəfəri deyib.

Suriyada uçuşsuz zonaların yaradılması ideyaları bundan əvvəl bəzi ölkələr tərəfindən qaçqınların döyüş zonalarından çıxarılmasına imkan yaradan hava "dəhlizlərinin" yaradılması üçün fikir bildirilib.

BMT yanındakı Suriyanın daimi nümayəndəsi bütün ölkələri "Suriyada böhrana son qoymaq üçün və Suriya xalqına öz yaralarını sağaltmağa, ölkəni birgə bərpa etməyə imkan vermək üçün" səylər qoymağa çağırıb.

BMT-nin məlumatına görə, Suriyada münaqişə zamanı 100 minə yaxın insan həlak olub.

Xəbər lenti

Xəbər lenti