...

Lavrov Suriyadakı vəziyyəti BMT və ƏDL-nin xüsusi nümayəndəsi ilə müzakirə edib

Dünya xəbərləri Materials 5 Avqust 2013 23:08 (UTC +04:00)
Rusiyanın xarici işlər naziri Serqey Lavrov BMT və Ərəb Dövlətləri Liqasının (ƏDL) xüsusi nümayəndəsi Lahdar Brahimi ilə telefon söhbətində Suriyadakı vəziyyəti müzakirə edib.
Lavrov Suriyadakı vəziyyəti BMT və ƏDL-nin xüsusi nümayəndəsi ilə müzakirə edib

Azərbaycan, Bakı, 5 avqust /Trend /

Rusiyanın xarici işlər naziri Serqey Lavrov BMT və Ərəb Dövlətləri Liqasının (ƏDL) xüsusi nümayəndəsi Lahdar Brahimi ilə telefon söhbətində Suriyadakı vəziyyəti müzakirə edib. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə Rusiya XİN-i bazar ertəsi məlumat verib.

"Suriya üzrə dialoqa start verilməsi məqsədilə beynəlxalq konfransın çağırılmasının zəruriliyi kontekstində Suriyadakı problemlərin nizama salması mövzusu müzakirə edilib, " - məlumatda deyilib.

Rusiya və ABŞ bu ilin may ayının əvvəlində 2012-ci ilin iyunun 30-da keçirilmiş görüşün davamı kimi Suriya məsələsi üzrə "Cenevrə-2" sülh konfransının keçirilməsinin təşəbbüsü ilə çıxış ediblər. İndiyə qədər nə iştirakçıların heyəti, nə də keçirilmə tarixi müəyyən edilməyib.

Xəbər lenti

Xəbər lenti