...

Həsən Ruhani: İranın yeni administrasiyası Türkiyə ilə münasibətlərin inkişafını stimullaşdıracaq

Dünya xəbərləri Materials 6 Avqust 2013 13:27 (UTC +04:00)
İranın yeni administrasiyası Türkiyə ilə münasibətlərin inkişafını stimullaşdıracaq.
Həsən Ruhani: İranın yeni administrasiyası Türkiyə ilə münasibətlərin inkişafını stimullaşdıracaq

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir E. Tariverdiyeva/

İranın yeni administrasiyası Türkiyə ilə münasibətlərin inkişafını stimullaşdıracaq. Trend-in çərşənbə axşamı "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Prezidenti Həsən Ruhani Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında deyib.

İranın regional və qlobal məsələlər üzrə Türkiyə ilə əməkdaşlıq edəcəyini qeyd edən Ruhani əlavə edib ki, ölkələr regionda sülhü və sabitliyi bərpa etmək üçün hər cür səy göstərməlidirlər.

Prezident ümid etdiyini bildirib ki, iki ölkə arasında əməkdaşlıq regionda zorakılığın qarşısının alınmasına yardım edəcək.

Türkiyə hökuməti və xalqı adından Ruhanini İran prezidenti seçilməsi münasibətilə təbrik edən Ərdoğan İrana səfər etməkdə maraqlı olduğunu bildirib.

Baş nazir, həmçinin gələcəkdə də bütün sahələrdə İran-Türkiyə münasibətlərinin inkişafına çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti