...

Çində məktəbin yaxınlığında partlayış baş verib, bir nəfər ölüb

Dünya xəbərləri Materials 9 Sentyabr 2013 07:48 (UTC +04:00)
Çinin cənubunda ibtidai məktəb binasının yanında partlayış zamanı ən azı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Çində məktəbin yaxınlığında partlayış baş verib, bir nəfər ölüb

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Çinin cənubunda ibtidai məktəb binasının yanında partlayış zamanı ən azı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə Sinxua agentliyi məlumat verir.

Partlayış bazar ertəsi yerli vaxtla saat 8.00 radələrində Quansi muxtar bölgəsinin Quylin şəhərində (Quansi-Çjuan muxtar rayonu) ibtidai məktəbin qapısında baş verib.

Yaralananlar xəstəxanaya yerləşdirilib. Polis hadisə ilə bağlı təhqiqat aparır. Hadisənin digər təfərrüatları açıqlanmır.

Xəbər lenti

Xəbər lenti