...

Tomas Melia: ABŞ Gürcüstanı və onun avroatlantik cəhdlərini dəstəkləyir

Dünya xəbərləri Materials 11 Sentyabr 2013 22:08 (UTC +04:00)
Birləşmiş Ştatlar Gürcüstanı və onun avroatlantik cəhdlərini dəstəkləyir.
Tomas Melia: ABŞ Gürcüstanı və onun avroatlantik cəhdlərini dəstəkləyir

Gürcüstan, Tbilisi, 11 sentyabr / Trend, müxbir N.Kirtsxaliya /

Birləşmiş Ştatlar Gürcüstanı və onun avroatlantik cəhdlərini dəstəkləyir. Bu barədə ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müavini Tomas Melia Tbilisidə keçirilən mətbuat konfransında deyib.

Melia Gürcüstanda rusiyayönlü qüvvələrin fəallaşması, həmçinin guya ABŞ Gürcüstanı taleyin ümidinə atılması barədə jurnalistlərin suallarına cavab verib.

"Bizim nümayəndə heyəti bu il artıq dördüncü dəfədir ki Gürcüstana səfər edir, bu, onu göstərir ki, ABŞ Gürcüstana öz münasibətini dəyişməyib. Biz Gürcüstanın demokratik inkişafını və onun avroatlantik niyyətini qətiyyətlə dəstəkləyirik," - Melia bəyan edib.

Xəbər lenti

Xəbər lenti