...

ABŞ Suriya hökumətindən kimyəvi silah üzrə götürdüyü öhdəliklərə əməl etməyi tələb edir

Dünya xəbərləri Materials 14 Sentyabr 2013 23:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

ABŞ hesab edir ki, Suriya hakimiyyəti kimyəvi silahların qadağan olunması üzrə konvensiyasına qoşulmasına dair üzərinə götürdüyü öhdəliklərə əməl edəcək. Trend RİA Novosti agentliyinə istinadən bu barədə ABŞ prezidenti Barak Obama şənbə günü bildirib.

"Beynəlxalq ictimaiyyət Əsəd rejimindən gözləyir ki, o, hamının qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək," - Obama bəyan edib.

"Əgər diplomatiya uğursuzluğa uğrayarsa, ABŞ əvvəlki kimi fəaliyyətə hazırdır," - Obama Rusiyanın Suriya kimyəvi silahın beynəlxalq nəzarət altına verilməsi ilə bağlı təşəbbüsündən sonra deyib.

Xəbər lenti

Xəbər lenti