...

İranın İRNA dövlət informasiya agentliyinə yeni baş direktor təyin olunub

Dünya xəbərləri Materials 17 Sentyabr 2013 13:49 (UTC +04:00)
İranın İRNA dövlət informasiya agentliyinin baş direktoru vəzifəsinə Məhəmməd Xudadi təyin olunub.
İranın İRNA dövlət informasiya agentliyinə yeni baş direktor təyin olunub

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir T.Cəfərov/

İranın İRNA dövlət informasiya agentliyinin baş direktoru vəzifəsinə Məhəmməd Xudadi təyin olunub. Trend-in məlumatına görə, bu barədə İRNA xəbər agentliyi xəbər verir.

İranın islami irşad və mədəniyyət naziri Əli Cənnətinin hökmü ilə Xudadi bundan sonra İRNA dövlət xəbər agentliyinin baş direktoru vəzifəsində çalışacaq. O, bu vəzifədə sabiq prezident Mahmud Əhmədinejada yaxın olan Məcid Ümid Şəhrəkini əvəz edəcək. Xudadi bundan öncə İRNA agentliyində iqtisadi şöbənin müdiri, agentliyin Yeni Dehli şəhərindəki nümayəndəliyinin rəhbəri, "İran" qəzetinin baş redaktoru, ingilis dilində yayımlanan "İran Daily" qəzetinin baş direktoru, İran Xarici İşlər Nazirliyində KİV-lə iş üzrə idarənin rəhbəri, Pakistanın Lahur şəhərində İranın baş konsulu, OANA-nın katibi kimi vəzifələrdə çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti