...

Rusiya Prezidenti Ermənistana səfər edəcək

Dünya xəbərləri Materials 20 Sentyabr 2013 13:10 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putinin tezliklə Ermənistana səfər edəcəyi barədə məlumat yayılıb.
Rusiya Prezidenti Ermənistana səfər edəcək

Azərbaycan, Bakı, 20 sentyabr /Trend /

Rusiya Prezidenti Vladimir Putinin tezliklə Ermənistana səfər edəcəyi barədə məlumat yayılıb. Trend-in məlumatına görə, bu barədə Ermənistanın "Armenia Today" saytı "Qraparaq" qəzetinə istinadən xəbər yayıb.

Hakimiyyətdə olan mənbədən qəzetə verilən məlumatda bildirilir ki, "bu dəfə onun səfər edəcəyi dəqiqdir". Səfər barədə razılıq Ermənistanın dövlət başçısı Serj Sarkisyanın sentyabrın üçündə Moskvaya etdiyi səfər zamanı əldə olunub. Nəşrin mənbələri Rusiya Prezidentinin səfərinin konkret vaxtı barədə susurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti