...

ABŞ ekspertləri və KXDR hökuməti Londonda nüvə proqramına dair danışıqlar aparıblar

Dünya xəbərləri Materials 3 Oktyabr 2013 02:54 (UTC +04:00)
ABŞ ekspertləri Şimali Koreya hökumət nümayəndələri ilə KXDR-in nüvə proqramı üzrə altıtərəfli danışıqların bərpası məsələsi üzrə çərşənbə günü Londonda qeyri-rəsmi görüş keçiriblər.
ABŞ ekspertləri və KXDR hökuməti Londonda nüvə proqramına dair danışıqlar aparıblar

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

ABŞ ekspertləri Şimali Koreya hökumət nümayəndələri ilə KXDR-in nüvə proqramı üzrə altıtərəfli danışıqların bərpası məsələsi üzrə çərşənbə günü Londonda qeyri-rəsmi görüş keçiriblər. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Assoşieyted Press agentliyi xəbər verir.

İyulda ABŞ-ın vitse-prezidenti Co Bayden bildirib ki, əgər Pxenyan öz nüvə ambisiyalarından imtina etsə? ABŞ yalnız o halda Şimali Koreya ilə dialoqa hazırdır. ABŞ Pxenyanın nüvə silahının hazırlanmasından imtina etməsinə nail olmaq üçün Şimali Koreyaya qarşı beynəlxalq sanksiyaların təşəbbüskarlarından biri kimi çıxış edir.

KXDR 2005-ci ildə özünü nüvə dövləti elan edib, 2006, 2009 və 2013-cu illərdə beynəlxalq ictimaiyyətin etirazlarına səbəb olan yeraltı nüvə sınaqları keçirib.

Pxenyanın hərəkətlərinə cavab olaraq BMT Təhlükəsizlik Şurası Şimali Koreya tərəfindən nüvə sahəsində fəaliyyətini dayandırmağı tələb edən bir sıra qətnamələr qəbul edib. 2009-ci ildə Pxenyan Rusiya, ABŞ, Çin, Yaponiya, eləcə də KXDR və Cənubi Koreya iştirak etdiyi altıtərəfli danışıqlardan çıxıb.

Xəbər lenti

Xəbər lenti