...

İsrail hökuməti Libermanın XİN rəhbəri postuna qayıdışını təsdiq edib

Dünya xəbərləri Materials 10 Noyabr 2013 23:29 (UTC +04:00)
İsrail hökuməti Aviqdor Libermanın XİN rəhbəri vəzifəsinə təyinatını bazar günü təsdiq edib ki, ölkənin ən məşhur rusdilli siyasətçisi bazar ertəsi parlamentdə andiçmədən sonra bu vəzifəni tuta bilsin.
İsrail hökuməti Libermanın XİN rəhbəri postuna qayıdışını təsdiq edib

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

İsrail hökuməti Aviqdor Libermanın XİN rəhbəri vəzifəsinə təyinatını bazar günü təsdiq edib ki, ölkənin ən məşhur rusdilli siyasətçisi bazar ertəsi parlamentdə andiçmədən sonra bu vəzifəni tuta bilsin. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə "İsrail bizim evimizdir" (İBE) partiyasının mətbuat xidməti bildirib.

Əsas maneəni Qüds məhkəməsi Libermanın ictimai etimaddan sui-istifadə etməkdə günahsız olduğunu etiraf edərək ötən çərşənbə günü çıxarıb.

"Bu gün, noyabrın 10-da nazirlər kabineti, "İsrail bizim evimizdir" partiyasının sədri Aviqdor Libermanı xarici işlər naziri vəzifəsinə təyin edib", - partiya mətbuat xidmətinin məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti