...

Suriya XİN: İrana dair saziş münaqişələr üzrə siyasi qərarların zəruriliyini sübut edir

Dünya xəbərləri Materials 24 Noyabr 2013 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr /Trend/

Suriya İran və "altılıq" arasında nüvə problemi üzrə əldə edilmiş razılaşmanı tarixi adlandıraraq, alqışlayır. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Frans Press agentliyinə istinadən bazar günü məlumat verir.

"Suriya İran İslam Respublikası və "altılıq" arasında Cenevrədə əldə edilmiş İran xalqının maraqlarına cavab verən və nüvə energetikasına onun hüququnu təsdiq edən tarixi razılaşmanı alqışlayır", - bəyanatda deyilir.

Suriya tərəfinin fikrincə, bu razılaşma regionda münaqişələrin xarici müdaxilə və ya güc tətbiqi təhlükəsi ilə yox, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinin ən yaxşı üsulu yalnız siyasi yol olmasını təsdiq edir.

"Altılıq" (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) Cenevrədə İranın nüvə proqramının əhəmiyyətli şəkildə kəsilməsi tədbirləri haqqında daha tam razılaşma əldə edilməsinə qədər İran nümayəndələri ilə razılığa gəlib. Xüsusilə, İran öz nüvə obyektlərinə MAQATE müfəttişlərini buraxmaq, plutoniumun və sentrifuqaların istehsalını, uranın 5%-dən artıq zənginləşdirilməsini dayandırmaq öhdəsini götürüb.

Xəbər lenti

Xəbər lenti