...

Türkiyəli nazirin korrupsiya qalmaqalı ilə bağlı saxlanılan oğlu sərbəst buraxılıb

Dünya xəbərləri Materials 21 Dekabr 2013 18:16 (UTC +04:00)
Türkiyənin şəhərsalma və ətraf mühir naziri Ərdoğan Bayraqdar korrupsiya qalmaqalı ilə bağlı saxlanılan oğlunun sərbəst buraxıldığını deyib
Türkiyəli nazirin korrupsiya qalmaqalı ilə bağlı saxlanılan oğlu sərbəst buraxılıb

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

Türkiyənin şəhərsalma və ətraf mühir naziri Ərdoğan Bayraqdar korrupsiya qalmaqalı ilə bağlı saxlanılan oğlunun sərbəst buraxıldığını deyib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Ə.Bayraqdar xüsusi əməliyyat nəticəsində dekabrın 17-də saxlanılan və aralarında oğlu Abdullah Oğuz Bayraqdarın da olduğu şəxslərin barələrində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmadığından sərbəst buraxıldıqlarını bildirib.

Nazir iddia edilən məsələlərin onunla heç bir əlaqəsinin olmadığını deyib: "Oğlum və həmkarlarımın günahsız olduqlarına tam inanıram".

Xatırladaq ki, İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla, 52 nəfər saxlanımışdı.

Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan da var. Bununla yanaşı, korrupsiya qalmaqalını araşdıran yüksək vəzifəli polis məmurları işdən azad edilib.

Həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub.

Həmçinin korrupsiya qalmaqalında iqtisadiyyat naziri Zəfər Çağlayan, Avropa İttifaqı işləri üzrə nazir Egemen Bağış, daxili işlər naziri Müəmmər Gülər və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın adı hallanır.

Qeyd edək ki, bu gün Türkiyədə korrupsiya qalmaqalında adı hallanan Fatih bələdiyyəsinin sədri Mustafa Dəmir həbsdən azad edilib. Həmçinin məhkəmənin qərarı ilə daxili işlər nazirinin oğlu Barış Gülər və iş adamı Rza Zərrab barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmənin qərarı ilə həbs olunanlar arasında iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti