...

İran və Polşa iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələsini müzakirə edəcək

Dünya xəbərləri Materials 14 Yanvar 2014 11:50 (UTC +04:00)
Polşanın xarici işlər naziri Radoslav Sikroski mart ayında Tehrana səfər edəcək. Bunu Polşanın Tehrandakı müvəqqəti işlər vəkili Piotr Kozolovski deyib.
İran və Polşa iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələsini müzakirə edəcək

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir T.Cəfərov/

Polşanın xarici işlər naziri Radoslav Sikroski mart ayında Tehrana səfər edəcək. Bunu Polşanın Tehrandakı müvəqqəti işlər vəkili Piotr Kozolovski deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.

Kozolovski bildirib ki, polşalı nazir iranlı həmkarı Məhəmməd Cavad Zərif və digər İran rəsmiləri ilə görüşlər keçirəcək.

Onun sözlərinə görə, səfər zamanı iki ölkə arasında xüsusi ilə iqtisadi və ticari əlaqələrin inkişafı müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti