...

Domodedovo aeroportunun polis rəisi saxlanılıb

Dünya xəbərləri Materials 22 Yanvar 2014 11:13 (UTC +04:00)
Rusiyada Domodedovo aeroportunun polis rəisi Maksim Titov vəzifə səlahiyyətlərini aşdığına görə saxlanılıb. Müstəntiqlər ehtimal edirlər ki, Maksim Titovun saxlanılanların döyülməsində əli olub.
Domodedovo aeroportunun polis rəisi saxlanılıb

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Rusiyada Domodedovo aeroportunun polis rəisi Maksim Titov vəzifə səlahiyyətlərini aşdığına görə saxlanılıb. Müstəntiqlər ehtimal edirlər ki, Maksim Titovun saxlanılanların döyülməsində əli olub.

Trendi-in Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bunu çərşənbə günü jurnalistlərə Moskva Baş İstintaq İdarəsinin İstintaq Komitəsinin (BİİİK) rəsmi nümayəndəsi Viktoriya Sıplyonkova bildirib: "İstintaqın versiyasına görə, 2012-ci ilin aprelində əsassız zorakılıq tətbiq etməklə qanuni əsaslar olmadığı halda Titovun rəhbərliyi altında polis əməkdaşları beş vətəndaşı saxlayıb və onları döyüblər. Zərərçəkmişlərdən birinin sağlamlığına orta ağır dərəcədə ziyan vurulub".

Dava əvvəl "İzvestiya" qəzetinin saytında bildirilirdi ki, Domodedovo aeroportunun polis rəisi Maksim Titov vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilərək saxlanılıb. Nəşr dəqiqləşdirir ki, Rusiyanın Daxili İşlər Nazirliyinin Xətt İdarəsinin rəis müavini və Domodedovo aeroportunun polis rəisi Titovun Rusiya Federasiyasının İstintaq Komitəsinə səfəri zamanı saxlanılıb.

Titovun özü isə bildirib ki, üzləşmə zamanı ona vəkilin xidmətlərindən istifadə etməyə imkan verməyiblər və ona qarşı yalnız onun keçmiş tədqiqatçısı ifadə verib, qalan şahidlər onu tanımayıblar. Bəzi KİV-in məlumatına görə, Titov Kommunarski polis bölməsinin rəis müavini işləyərkən qanunu pozub.

Sıplyonkova bildirib: "Hazırda şübhəli saxlanılıb. İstintaq Titova ittiham irəli sürməyi və barəsində həbs qətimkan tədbiri seçməyi planlaşdırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti