...

Kaliforniya sahillərində 4,7 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 23 Yanvar 2014 09:45 (UTC +04:00)
Kaliforniya sahillərində 4,7 bal gücündə zəlzələ baş verib.
Kaliforniya sahillərində 4,7 bal gücündə zəlzələ baş verib

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

ABŞ-ın Kaliforniya ştatının sahillərində 4,7 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, xəbəri Rusiya KİV-i ABŞ Geologiya Xidmətinə istinadən yayıb.

Yeraltı təkanlar çərşənbə günü yerli vaxtla saat 20:10-da qeydə alınıb. Zəlzələnin ocağı yerin 2,5 kilometrliyində, ştatın şimal hissəsində yerləşən Yurika şəhərinin sahillərindən 100 kilometr məsafədə olub.

Tələfat və dağıntı barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti