...

Türkiyə parlamentinin spikeri Tehrana yola düşüb

Dünya xəbərləri Materials 18 Fevral 2014 03:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend /

Türkiyə Böyük Millət məclisinin sədri Cəmil Çiçək İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqının sessiyasında iştirak etmək üçün bazar ertəsi İrana yola düşüb. Trend-in məlumatına görə, bunu İRNA informasiya agentliyi yayıb.

Sessiya Tehranda fevralın 14-də işə başlayıb və 19-də başa çatacaq.

Türk qanunvericiləri İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının sessiyasında iştirak etmək üçün cümə axşamı Tehrana gəliblər.

Konfrans fevralın 18-19-da parlament spikerlərinin səviyyəsində işini davam etdirəcək.

İƏT üzv dövlətlərin Parlament İttifaqına 53 ölkə, o cümlədən Türkiyə daxildir.

Xəbər lenti

Xəbər lenti