...

Ukrayna Prezidenti: Müxalifət insanları silah götürməyə çağırmaqla sərhədləri aşdı

Dünya xəbərləri Materials 19 Fevral 2014 10:41 (UTC +04:00)
Ukrayna Prezidenti Viktor Yanukoviç bəyan edib ki, müxalifət liderləri vətəndaşalrı silahlı müqavimət göstərməyə çağırmaqla “sərhədləri keçdi”və bunu üçün məsuliyyət daşıyanlar məhkəmə qarşısında dayanmalıdırlar.
Ukrayna Prezidenti: Müxalifət insanları silah götürməyə çağırmaqla sərhədləri aşdı

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Ukrayna Prezidenti Viktor Yanukoviç bəyan edib ki, müxalifət liderləri vətəndaşları silahlı müqavimət göstərməyə çağırmaqla sərhədləri aşdı və bunun üçün məsuliyyət daşıyanlar məhkəmə qarşısında cavab verməlidirlər. Bu barədə dövlət başçısının rəsmi saytında yerləşdirilmiş müraciətində deyilir. Trend-in məlumatına görə, xəbəri Rusiya KİV-i yayıb.

Bir qədər əvvəl bəzi kütləvi informasiya vasitələri müxalifət liderlərinin ölkə əhalisini odlu silahla Maydana çıxmağa çağırdıqlarını xəbər vermişdi.

Prezidentin müraciətində deyilir: "Onlar [müxalifət liderləri] adamları silaha sarılmağa çağırmaqla sərhədləri keçdilər. Bu isə görünməmiş qanun pozuntusudur. Qanunu pozanlar məhkəmə qarşısında dayanmalıdırlar və onlara cəza kəsilməlidir".

Yanukoviç, həmçinin məsələlərin dinc yolla nizamlanması tərəfdarlarını qan tökülməsinə təhrik edən radikal qüvvələrdən uzaqlaşmağa çağırıb.

Çərşənbə axşamı, Ali Radanın iclası günü Kiyevdə irimiqyaslı küçə iğtişaşları yenidən başlayıb. Etirazlarda müxalifət parlament-prezident idarəetmə formasına qayıdılmasını, 2004-cü il Konstitusiyasının bərpa olunmasını tələb edib.

Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə daş atıblar.

Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti