...

İran Türkiyə üçün qazın qiymətinin azaldılması şərtini açıqlayıb

Dünya xəbərləri Materials 22 Fevral 2014 12:23 (UTC +04:00)
İranın neft naziri Bijan Nəmdar Zəngənə Türkiyə üçün qazın qiymətinin azaldılması şərtini açıqlayıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü İranın İSNA agentliyi xəbər yayıb.
İran Türkiyə üçün qazın qiymətinin azaldılması şərtini açıqlayıb

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İranın neft naziri Bijan Nəmdar Zəngənə Türkiyə üçün qazın qiymətinin azaldılması şərtini açıqlayıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü İranın İSNA agentliyi xəbər yayıb.

"Biz ölkəyə qaz ixracının qiymətini bir şərtlə azalda bilərik ki, Türkiyə İrandan idxal olunan qazın həcmini artırsın" - deyən Zəngənə əlavə edib ki, Türkiyənin qaz bazarında payın İran üçün böyük əhəmiyyəti var.

Bir müddət əvvəl Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan etmişdi ki, İranın təbii qazla bağlı təklif etdiyi qiymət Türkiyəni qane etmir.

Onun sözlərinə görə, hazırda Türkiyə və İran qazın qiyməti ilə bağlı danışıqlar aparırlar. Tərələr arasında hələlik heç bir razılaşma əldə olunmayıb.

İrandan Türkiyəyə hər il 10 milyard kubmetr qaz tədarükü haqqında saziş 1996-cı ildə imzalanıb.

Qazın qiymətləri rəsmən açıqlanmasa da, Türkiyə KİV-in məlumatına görə, ölkə İran qazının hər min kubmetri üçün 490 dollar ödəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti