...

Xarici dövlətin müəyyən bir hissəsi Rusiyanın tərkibinə sadələşdirilmiş qaydada qəbul edilə bilər

Dünya xəbərləri Materials 28 Fevral 2014 15:00 (UTC +04:00)
Xarici dövlətin ərazisinin bir hissəsinin yeni subyekt qismində Rusiyanın tərkibinə sadələşdirilmiş şəkildə qəbul edilməsi qaydası haqqında qanun layihəsi Dövlət Dumasına təqdim olunub.
Xarici dövlətin müəyyən bir hissəsi Rusiyanın tərkibinə sadələşdirilmiş qaydada qəbul edilə bilər

Azərbaycan, Bakı, 28 fevral/Trend/

Xarici dövlətin ərazisinin bir hissəsinin yeni subyekt qismində Rusiyanın tərkibinə sadələşdirilmiş şəkildə qəbul edilməsi qaydası haqqında qanun layihəsi Dövlət Dumasına təqdim olunub.

Trend-in cümə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qanun layihəsinin müəllifləri başda Sergey Mironov olmaqla "Ədalətli Rusiya" fraksiyasının deputatlarıdır.

Qanun layihəsinə əsasən, həmin ərazinin hakimiyyəti Rusiyaya qoşulmaq niyyətini təsdiq etməli və ya müvafiq müraciət qəbul olunmalıdır. Bundan sonra keçiriləcək referendumun nəticələrinə görə, həmin ərazi Rusiyanın tərkibinə qəbul edilə bilər.

Rusiyanın tərkibinə qəbul edilən yeni subyektə respublika, diyar, vilayət, muxtar vilayət və ya muxtar dairə statusu veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti