...

Dövlət Departamenti: ABŞ Yanukoviçi Ukraynanın prezidenti hesab etmir

Dünya xəbərləri Materials 1 Mart 2014 02:11 (UTC +04:00)
Birləşmiş Ştatlar Viktor Yanukoviçin qanuni seçilmiş prezidenti olması haqqında bəyanatlara baxmayaraq, onu Ukraynanın dövlət başçısı hesab etmir.
Dövlət Departamenti: ABŞ Yanukoviçi Ukraynanın prezidenti hesab etmir

Azərbaycan, Bakı, 1 mart /Trend/

Birləşmiş Ştatlar Viktor Yanukoviçin qanuni seçilmiş prezidenti olması haqqında bəyanatlara baxmayaraq, onu Ukraynanın dövlət başçısı hesab etmir. Trend İTAR-TASS agentliyinə istinadən bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki jurnalistlərin xahişi ilə Yanukoviçin mətbuat konfransını şərh edərkən deyib.

"Biz bu barədə məlumatları gördük. Lakin biz hesab edirik ki, Yanukoviç legitimliyini itirib, çünki vəzifələrini icra etməkdən imtina edərək, Kiyevi tərk edib və hakimiyyət boşluğunu yaradıb", - Psaki bildirib.

ABŞ Ukraynanın yeni hökumətinin tanıması barədə jurnalistlərin sualını cavablandıraraq, dövlət departamentinin nümayəndəsi xatırladıb ki, ABŞ administrasiyası ədətən digər ölkələrin "hökumətlərinin tanınmasını bildirmir".

Eyni zamanda, o vurğulayıb ki, Birləşmiş Ştatlar Ukraynada keçid hökuməti ilə işləməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti