...

Suriyada qaçqınların Yarmuk düşərgəsində atəşkəs pozulub

Dünya xəbərləri Materials 3 Mart 2014 02:21 (UTC +04:00)
Dəməşqin kənarındakı fələstinli qaçqınların Yarmuk düşərgəsində qarşı duran tərəflər bir-birini atıcı silahlardan və qumbaraatanlardan atəşə tutduqdan sonra atəşkəs pozulub.
Suriyada qaçqınların Yarmuk düşərgəsində atəşkəs pozulub

Azərbaycan, Bakı, 3 mart /Trend/

Dəməşqin kənarındakı fələstinli qaçqınların Yarmuk düşərgəsində qarşı duran tərəflər bir-birini atıcı silahlardan və qumbaraatanlardan atəşə tutduqdan sonra atəşkəs pozulub. Bu barədə Trend BBC telekanalına istinadən məlumat verir.

Üsyançı-islamçılar və Suriya prezidenti Bəşər Əsədin tərəfdarları - fələstin yaraqlıları arasında atəşin dayandırılması fevralın ortalarında əldə olunub. Hər iki tərəf atəşkəsin pozulmasına görə məsuliyyəti bir-birinin üzərinə qoyurlar.

BMT mətbuat katibinin sözlərinə görə, atəşin bərpa olunması ötən ilin yayından mühasirə vəziyyətinə düşmüş təxminən 40 min fələstinli qaçqın üçün humanitar yardımın təchizatı üzrə əməliyyat işinin pozulmasına gətirib çıxardıb.

Xəbər lenti

Xəbər lenti