...

Rusdilli əcnəbilərin Rusiya vətəndaşı olması asanlaşacaq

Dünya xəbərləri Materials 4 Mart 2014 14:05 (UTC +04:00)
Rusiya hökuməti komissiyası rusdilli əcnəbilərin Rusiya vətəndaşı olmasını daha da asanlaşdıran qanun layihəsini təsdiq edib.
Rusdilli əcnəbilərin Rusiya vətəndaşı olması asanlaşacaq

Azərbaycan, Bakı, 4 mart/Trend/

Rusiya hökuməti komissiyası rusdilli əcnəbilərin Rusiya vətəndaşı olmasını daha da asanlaşdıran qanun layihəsini təsdiq edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı RİA Novosti Rusiya Nazirlər Kabinetinin saytına istinadən məlumat verir.

Qanun layihəsində rusdilli kimi tanınan xarici vətəndaşların və vətəndaşlığı olmayanların Rusiya vətəndaşlığına qəbul qaydalarının sadələşdirilməsi təklif edilir: "Bunun üçün xarici ölkənin vətəndaşlığından imtina etmək lazımdır və ya xarici ölkə vətəndaşlığının olmaması şərtdir".

Məlumatda bildirilir ki, Rusiya vətəndaşlığına qəbul xüsusi komissiyasının apardığı müsahibə nəticəsində həyata keçiriləcək.

Qanun layihəsinə Nazirlər Kabinetinin iclasında baxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti