...

Estoniyanın Baş naziri istefa verib

Dünya xəbərləri Materials 4 Mart 2014 14:14 (UTC +04:00)
Estoniyanın Baş naziri Andrus Ansip hökumətin növbədənkənar iclasında öz istəyi ilə istefaya getdiyini bildirib.
Estoniyanın Baş naziri istefa verib

Azərbaycan, Bakı, 4 mart /Trend/

Estoniyanın Baş naziri Andrus Ansip hökumətin növbədənkənar iclasında öz istəyi ilə istefaya getdiyini bildirib. Trend-in çərşənbə axşamı "İnterfaks"a istinadən verdiyi məlumata görə, ölkə qanunvericiliyinə əsasən, A.Ansipin başçılıq etdiyi hökumət də istefaya gedir.

Yeni hökumət formalaşanadək A.Ansipin rəhbərlik etdiyi Nazirlər Kabineti fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, A.Ansip 2005-ci ildən Baş nazir vəzifəsində çalışırdı.

Ölkə Prezidenti 14 gün ərzində yeni Baş nazirin adını açıqlamalı və yeni hökuməti formalaşdırmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti