Azərbaycan, Bakı, 5 mart /Trend/
İraqın paytaxtı Bağdadda silsilə partlayışlar nəticəsində ən azı 12 nəfər ölüb, 60-dan çox insan isə yaralanıb.
Trend-in çərşənbə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, paytaxtda ardıcıl 9 partlayış olub.
Partlayışlar şiələrin üstünlük təşkil etdiyi rayonlarda törədilib.