Azərbaycan, Bakı, 9 mart /Trend/
Vyetnam Hərbi Hava Qüvvələri dənizdə Malaysia Airlines şirkətinin sərnişin təyyarəsinin qəzaya uğramasından əvvəl qoyduğu iki yağlı ləkələri aşkar edib. Bu barədə Trend İnterfaks agentliyinə istinadən xəbər verir.
Ölkənin cənub sahillərində böyük ölçülü ləkələr tapılıb. Mütəxəssislər hesab edirlər ki, onları məhz təyyarə qoya bilər.
Vyetnam televiziyası hərbi komandanlığa istinadən xəbər verir ki, söhbət hər birinin uzunluğu - 15-20 kilometr olan yanacaq ləkələrindən gedir. Ləkələr arasındakı məsafə təxminən 500 metrdir. Onlar bir-birlərinə paralel gedir.
Vyetnam hərbçiləri qəzaya uğramış avialaynerin izlərindən söhbətin getməsini hələ ki, təsdiq etməyiblər.
Göyərtəsində 227 sərnişin, 12 heyət üzvü olan və Cənubi-Çin dənizi üzərində uçan təyyarə ilə rabitə yerli vaxtla saat 02:40-da kəsilib.
Təyyarə sərnişinləri arasında bir Rusiya, iki Ukrayna və 150 nəfərdən çox Çin vətəndaşları olub.