Azərbaycan, Bakı, 26 mart /Trend/
Üsamə bin Ladenin kürəkəni Süleyman Əbu Qhait Amerika məhkəməsi tərəfindən ABŞ vətəndaşlarını öldürmək məqsədilə əlbir olmaqda təqsirli sayılıb. Bu barədə Trend BBC telekanalına istinadən məlumat verir.
Bin Ladenin böyük qızı Fatimə ilə evli olan Süleyman Əbu Qhait "Əl-Qaidə"nin nümayəndəsi və hərəkata yeni iştirakçıların cəlb edilməsi üçün videoyazıların təşkilatçısı idi.
Əbu Qhait məhkəməyə cəlb olunan "Əl-Qaidə"nin ən mühüm üzvlərindən biridir.
O, ötən il İordaniyada yaxalanıb və ABŞ-a verilib. Onu ömürlük həbs cəzası gözləyir.