...

Ermənistanın hakim partiyası baş nazir vəzifəsinə spikerin namizədliyini dəstəkləyib

Dünya xəbərləri Materials 13 Aprel 2014 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Ermənistan prezidenti Serj Sarkisyan baş nazir vəzifəsinə parlamentin spikeri Ovik Abramyanın namizədliyini təklif edib və Ermənistanın hakim partiyası onu dəstəkləyib.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu bazar günü Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib.

"Abramyanın namizədliyi bu gün icraçı orqanın və Ermənistanın Respublika partiyasının Şurasının növbədən kənar yığıncağında bəyənilib", - Şarmazanov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti