...

Xəzərdə Rusiya gəmilərinin döyüş hazırlığı üzrə qəfil yoxlamalara başlanılıb

Dünya xəbərləri Materials 23 Aprel 2014 11:39 (UTC +04:00)
Rusiyanın Xəzər donanmasının döyüş hazırlığının qəfildən yoxlanılmasına başlanıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü RİA Novosti Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən xəbər yayıb.
Xəzərdə Rusiya gəmilərinin döyüş hazırlığı üzrə qəfil yoxlamalara başlanılıb

Azərbaycan, Bakı, 23 aprel / Trend/

Rusiyanın Xəzər donanmasının döyüş hazırlığının qəfildən yoxlanılmasına başlanılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü RİA Novosti Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Müasir Rusiya tarixində ilk dəfə orduda qəfildən yoxlamalar ötən il keçirilib. 20 ilə yaxın, 1990-cı illərdən bəri RF SQ-də belə hala təsadüf edilmyib.

Ekspertlər Serqey Şoyqunun bu təşəbbüsünü müsbət qəbul ediblər və qeyd ediblər ki, qəfildən yoxlamalar kimi başqa heç nə orduda həqiqi işlərin durumunu göstərməyə və bütün səviyyələrdəki hərbi qulluqçuların mümkün təhlükələrə ani reaksiya verməyə öyrəşdirməyə qadir deyil.

Məlumatda deyilir: "Vitse-admiral, komandan Serqey Alekminskinin rəhbərliyi altında Xəzər donanmasında gəmi yoxlama taktiki təlimlərinin keçirilməsi ilə gəmilərin döyüş hazırlığının qəfildən yoxlaması başlayıb".

Yeddi gün davam edəcək təlimlərdə təxminən on reyd minatutan gəmisi, kater və təchizat gəmisi, həmçinin flotiliyanın 400-dən artıq dənizçisi iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti