...

Böyük Britaniyanın XİN rəhbəri Tbilisiyə gəlib

Dünya xəbərləri Materials 8 May 2014 08:02 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 8 may / Trend, müxbir N.Kirtsxalia /

Böyük Britaniyanın XİN rəhbəri Uilyam Heyq çərşənbə günü axşam Tbilisiyə gəlib. Britaniya baş diplomatının təyyarəsi Tbilisi hava limanına yerli vaxtla saat 20:00-da enib.

Böyük Britaniyanın Gürcüstandakı səfiri Aleksandra Holl naziri qarşılayan jurnalistlərə bildirib ki, britaniya tərəfi bu səfərdən iki ölkə arasında münasibətlərin yaxınlaşmasını gözləyir.

"Biz Gürcüstanın beynəlxalq terrorizmlə mübarizədə, NATO missiyalarında iştirakında səylərini yüksək qiymətləndiririk və Gürcüstanın Aİ ilə assosiasiya barədə müqavilənin imzalanmasını tamamilə dəstəkləyirik. Biz bu prosesin sürətləndirilməsinin təşəbbüskarlarından biri olmuşuq və düşünürük ki, gələcəkdə əlaqələrimiz daha da sıx olacaq", - səfir qeyd edib.

Böyük Britaniyanın xarici işlər naziri cümə axşamı səhər rəsmi görüşlərə başlayacaq.

O, əvvəlcə Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze ilə görüşəcək. Sonra isə Baş nazir İrakli Qaribaşvili və prezident Qiorqi Marqvelaşvili ilə görüşlər keçiriləcək.

Sonra müxalifətlə görüş keçiriləcək.

Uilyam Heyq Tbilisiyə Ukraynadan gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti