Azərbaycan, Bakı, 11 may / Trend /
Britaniya qoşunları Əfqanıstanın Gilmənd vilayətində bütün bazalarını buraxıb, yalnız özündə bu ilin sonunda hərbçilər tərk edəcəkləri Kemp Bastion baş düşərgəsini saxlayıb. Trend BBC telekanalına istinadən məlumat verir.
Əfqanıstanda taliblərlə mübarizənin qızğın çağında Britaniyanın 137 bazası olub.
Əfqanıstan torpağında 453 nəfər britaniyalıların böyük əksəriyyəti məhz Gilmənddə həyatını itirib - əməliyyat əyalətdə səkkiz ilə qədər uzanıb.
Böyük Britaniyanın müdafiə naziri Filip Hemmond iztirablı regiona səfər edib və əmin olduğunu bildirib ki, çoxsaylı qurbanlara baxmayaraq hərbçilər məqsədlərinə çatıb.