...

Türkiyədə şaxtada qəza ilə bağlı şübhəli bilinən şəxslərin əksəriyyəti azadlığa buraxılıb

Dünya xəbərləri Materials 21 May 2014 04:03 (UTC +04:00)
Türkiyə polisi Somada mədəndəki hadisə ilə bağlı 28 şübhəli şəxsi azad edib.
Türkiyədə şaxtada qəza ilə bağlı şübhəli bilinən şəxslərin əksəriyyəti azadlığa buraxılıb

Azərbaycan, Bakı, 21 may / Trend /

Türkiyə polisi Somada mədəndəki hadisə ilə bağlı 28 şübhəli şəxsi azad edib.Trend "Anadolu" agentliyinə istinadən bu barədə məlumat verir.

Məlumata əsasən, cəmi 36 nəfər isə saxlanılıb. Onlardan səkkizinə ittiham irəli sürülüb.

Türkiyənin Manisa əyalətinin Soma şəhərindəki şaxtada partlayış nəticəsində 301 nəfər ölüb və 486 nəfər xəsarət alıb.

Ölkə ərazisində ümumilikdə 740 kömür şaxtası fəaliyyət göstərir və orada 48 706 nəfər işləyir.

Xəbər lenti

Xəbər lenti