...

Qərb Liviyanı zorakılıqdan çəkinməyə çağırır

Dünya xəbərləri Materials 24 May 2014 00:58 (UTC +04:00)
ABŞ və onun avropalı müttəfiqləri Liviyada təkrarlanan zorakılıq hadisələri ilə əlaqədar dərin narahatlıq ifadə ediblər.
Qərb Liviyanı zorakılıqdan çəkinməyə çağırır

Azərbaycan, Bakı, 24 may /Trend/

ABŞ və onun avropalı müttəfiqləri Liviyada təkrarlanan zorakılıq hadisələri ilə əlaqədar dərin narahatlıq ifadə ediblər. Trend BBC telekanalına istinadən bu barədə məlumat verir.

Qərb ölkələri birgə bəyanatda bütün tərəfləri güc tətbiq etməkdən çəkinməyə çağırıblar. Onlar həmçinin qeyd ediblər ki, Liviya yolayrıcıda dayanıb və siyasi inkişafı ya da hərc-mərclik, dağılma və terrorizm arasında seçim etməlidir.

Bəyanatı ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya imzalayıblar.

Ölkənin paytaxtı Tripolidə, həmçinin ölkənin şimalında böyük liman şəhəri Benqazidə bununla belə genişmiqyaslı nümayişlər keçirilir.

Xəbər lenti

Xəbər lenti