...

İtkin düşmüş Boeingin axtarış zonasındakı siqnalları avialaynerə məxsus olmayıb

Dünya xəbərləri Materials 29 May 2014 07:18 (UTC +04:00)
Axtarış zonasındakı sualtı siqnallar martda Hind Okeanında itkin düşmüş Malaysia Airlines aviaşirkətinə məxsus Boeing 777 təyyarəsinin "qara qutularına" məxsus olmayıb.
İtkin düşmüş Boeingin axtarış zonasındakı siqnalları avialaynerə məxsus olmayıb

Azərbaycan, Bakı, 29 may /Trend/

Axtarış zonasındakı sualtı siqnallar martda Hind Okeanında itkin düşmüş Malaysia Airlines aviaşirkətinə məxsus Boeing 777 təyyarəsinin "qara qutularına" məxsus olmayıb. Trend CNN telekanalına istinadən bu barədə cümə axşamı ABŞ HDQ-nin sualtı texnikası üzrə direktor müavini Maykl Din bəyan edib.

Onun sözlərinə görə, belə bir qərara axtarış əməliyyatı keçirən iştirakçı ölkələr sualtı axtarışların birinci mərhələsinin çərşənbə günü başa çatdıqdan sonra gəliblər, onun gedişində sualtı aparat Bluefin-21 daha 320 kvadrat mil dəniz dibini müayinə edib, - Ria Novosti xəbər verir.

"Bizim əsas fərziyyəmiz ondan ibarətdir ki, siqnallar çox güman ki, gəmidən <...>, və ya Towed Pinger Locator pilotsuz sualtı aparatının elektronikasından gəlib", - Maykl Din bildirib.

Bununla yanaşı o, qeyd edib ki, siqnalların reys МН370-in "qara qutularına" məxsus olması ehtimalını tamamilə istisna etmək olmaz, lakin bunun heç bir sübutu yoxdur.

Din əlavə edib ki, "əgər siqnallar bort registratorlarından daxil olsa idi, onda axtarış əməliyyatının üzvləri onları tapardı".

Xəbər lenti

Xəbər lenti