...

KİV: DÇ-2022 Qətərdən ABŞ-a keçə bilər

Dünya xəbərləri Materials 13 İyun 2014 13:07 (UTC +04:00)
Qətərdə keçirilməli olan 2022-ci il futbol üzrə dünya çempionatı ABŞ-da təşkil oluna bilər.
KİV: DÇ-2022 Qətərdən ABŞ-a keçə bilər

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Qətərdə keçirilməli olan 2022-ci il futbol üzrə dünya çempionatı ABŞ-da təşkil oluna bilər. Trend "RBK"ya istinadən xəbər verir ki, bu barədə ispan jurnalist Xorxe Ramos öz "Tvitter" səhifəsində yazıb.

Onun məlumatına görə, FIFA təcili qaydada ABŞ Futbol Federasiyasına yarışı keçirməsi ehtimalı ilə əlaqədar hazırlığa başlamaqla bağlı müraciət edib.

2022-ci ildə çempionatın keçirilməsi hüququ Qətərə etibar edilmişdi. Ancaq ingilisdilli mətbuatda son vaxtlar belə bir versiya daim səsləndirilir ki, FIFA İcraiyyə komitəsinin üzvləri səsvermədən əvvəl Qətər tərəfindən ələ alınıblar.

Bu halda DÇ-nin təşkilatçı ölkəsi seçimlərində Qətərin rəqibi məhz ABŞ idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti