...

Ukraynanın Donetsk vilayətində partlayışda 10-a yaxın hərbçi yaralanıb

Dünya xəbərləri Materials 17 İyun 2014 11:21 (UTC +04:00)
Ötən gecə Donetskdə antiterror əməliyyatlarının (ATƏ) keçirildiyi zonada hökumət qüvvələrinə qarşı bir neçə hücum qeydə alınıb.
Ukraynanın Donetsk vilayətində partlayışda 10-a yaxın hərbçi yaralanıb

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Ötən gecə Donetskdə antiterror əməliyyatlarının (ATƏ) keçirildiyi zonada hökumət qüvvələrinə qarşı bir neçə hücum qeydə alınıb. Trend-in "Ukrinform" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "İnformasiya Müqaviməti" qrupunun üzvü, Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk öz "Facebook" səhifəsində yazıb.

D.Tımçuk bildirib: "Habelə Alekseyevski kəndi (Donetsk vilayətinin Ambrosiyevski rayonu) sərhədçilərin və ATƏ qüvvələrinin birgə blokpostuna hücum edilib. Qumbaraatanlardan atılan atəş nəticəsində blokpostda saxlanan silah-sursat məhv edilib. Güc strukturlarının 10-a yaxın əsgəri yaralanıb".

Bundan başqa, gecələr Slavyansk yaxınlığında da ATƏ qüvvələrinin blokpostlarına hücum olunub. Onlara cavab atəşi açılıb. Hərbi qulluqçular arasında itki yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti