...

Türkiyədə mədəndə yanğın baş verib, 27 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 2 İyul 2014 04:46 (UTC +04:00)
Türkiyənin Balıkəsir əyalətində mis-molibden mədənində yanğın baş verib.
Türkiyədə mədəndə yanğın baş verib, 27 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Türkiyənin Balıkəsir əyalətində mis-molibden mədənində yanğın baş verib.

Trend Türkiyənin Sabah qəzetinə istinadən bu barədə çərşənbə axşamı məlumat verir.

Yanğın nəticəsində tüstüdən 27 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

İkisinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Yanğının səbəbləri məlum deyil.

Xəbər lenti

Xəbər lenti