...

ABŞ-da avtobus aşıb, 18 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 15 Oktyabr 2014 04:47 (UTC +04:00)
ABŞ-ın İndianapolis (İndiana ştatı) şəhərində ikimərtəbəli avtobus minik avtomobilinə çırpılıb, dərəyə düşərək böyrü üstə yıxılıb.
ABŞ-da avtobus aşıb, 18 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

ABŞ-ın İndianapolis (İndiana ştatı) şəhərində ikimərtəbəli avtobus minik avtomobilinə çırpılıb, dərəyə düşərək böyrü üstə yıxılıb. Trend TASS agentliyinə istinadən bu barədə məlumat verir.

Polis rəsmilərinin bildirdiyinə görə, qəza nəticəsində 18 nəfər xəsarət alıb.

Həkimlərin məlumatına görə, xəsarət alanların həyatına təhlükə yaranmayıb.

Avtobusda cəmi 60-a yaxın sərnişin olub. Avtobus Atlanta (Corciya ştatı) şəhərindən Çikaqoya (İllinoys ştatı) gedirdi.

İlkin versiyaya görə, avtobusun sürücüsü yağış üzündən minik avtomobili görməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti