Gürcüstan, Tbilisi, 5 noyabr /Trend, müxbir Nana Kirsxaliya/
Gürcüstan Silahlı Qüvvələrinin (SQ) NATO standartlarına uyğunlaşdırılması üzrə iş davam etdiriləcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü Gürcüstanın yeni müdafiə naziri Mindiya Canelidze deyib.
Onun sözlərinə görə, Gürcüstan SQ-nin inkişafı davam etdiriləcək, çünki bu, ölkə xalqının və hökumətinin seçimidir.
M.Canelidze qeyd edib ki, NATO ilə yaxınlaşma siyasəti yürüdüləcək: "ABŞ, Böyük Britaniya, Fransa və Almaniya kimi strateji tərəfdaşlarımızla və digər dost ölkələrlə fəal əməkdaşlığımız davam edəcək".
Nazir hesab edir ki, ordu siyasətdən kənar olmalıdır və bu məqsədlə ordunun siyasətsizləşdirilməsi davam edəcək.