...

Ermənistan hakimiyyəti fəlakətə hazırlaşır

Dünya xəbərləri Materials 12 Noyabr 2014 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Ermənistan hakimiyyəti Beynəlxalq İnteqrasiya və İslahatlar Nazirliyinin niyə yaradıldığıını heç cür izah edə bilmir. Bu barədə Trend Lragir.am nəşrinə istinadən məlumat verir.

Nəşr yazır: "Onlar aydınlaşdırmağa çalışırlar ki, nazirlik Aİ-yə inteqrasiya üzrə sənəd işinin aparılması üçün yaradılır. Hətta onun yaradılmasının Avrasiya İqtisadi İttifaqının şərti olduğu bildirilir. Avrasiya İttifaqı Ermənistana həqiqətən də çıxış imkanı qoymayıb və bütün problem bundadır. Məgər Avrasiya İttifaqının nazirlik yaratmqdan başqa işi yoxdur?"

Məqalə müəllifi bildirir ki, belə şəraitdə Ermənistan hakimiyyətinə yalnız fəlakətə hazırlaşmaq qalır: "Bunun xəbərçisi Rusiya iqtisadiyyatının problemləridir. Hazırda nazirliyin həqiqətən də işi yoxdur, onun işi Ermənistan Avrasiya xarabalıqları altında qalandan sonra yaranacaq. Ermənistan hakimiyyəti yalnız buna hazırlaşır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti