Azərbaycan, Bakı, 24 noyabr /Trend/
Əfqanıstanın şərqində yerləşən Paktika vilayətində voleybol oyununda terakt nəticəsində 50 nəfərə yaxın həlak olub, 60 nəfərdən çox xəsarət alıb.
Trend TASS informasiya agentliyinə istinadan xəbər verir ki, Noyabr ayının 23-də terrorçu voleybol oyunu keçirilən binaya daxil olub və yüzlərlə insanın oyuna sehr etdiyi yerdə partlayıcı qurğunu işə salıb.
Vilayətin hakimiyyət orqanları partlayış faktını təsdiq ediblər. Hal-hazırda həmin ərazidə həkimlər işləyir.