...

Türkiyədə avtomobil qəzasında 22 şagird yaralanıb

Dünya xəbərləri Materials 22 Dekabr 2014 13:33 (UTC +04:00)
Türkiyənin Afyonkarahisar əyalətində baş verimiş avtomobil qəzasında 22 nəfər lisey şagirdi yaralanıb.
Türkiyədə avtomobil qəzasında 22 şagird yaralanıb

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Türkiyənin Afyonkarahisar əyalətində baş verimiş avtomobil qəzasında 22 nəfər lisey şagirdi yaralanıb. Bu barədə Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, qəzaya səbəb şagirdləri daşıyan avtobusun idarəetməni itirməsi olub.

Avtomobil qəzasında yaralanan şagirdlər yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti