...

"Air Asia" laynerinin axtarış zonasında şübhəli obyekt aşkar olunub

Dünya xəbərləri Materials 29 Dekabr 2014 12:06 (UTC +04:00)
“Air Asia Indonesia” aviaşirkətinin dünən radarklardan itmiş təyyarəsinin düşdüyü yerdə axtarış aparan Avstraliyanın “AP-3C Orion” təyyarəsi şübhəli obyekt və ya obyektlər aşkar edib.
"Air Asia" laynerinin axtarış zonasında şübhəli obyekt aşkar olunub

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

"Air Asia Indonesia" aviaşirkətinin dünən radarlardan itmiş təyyarəsinin düşdüyü yerdə axtarış aparan Avstraliyanın "AP-3C Orion" təyyarəsi şübhəli obyekt və ya obyektlər aşkar edib. Hazırda indoneziyalı hərbçilər bu məlumatları yoxlayırlar. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İndoneziya aviasiyasının kiçik marşalı Aqus Dvi Putranto bildirib.

Hərbçi deyib: "Orion təyyarəsi indicə nəsə aşkar edib, lakin hələlik bunun məhz nə olduğunu dəqiqləşdirmək mümkün olmayıb. Hazırda təyyarələr tapıntı yerinə gedirlər".

Onun sözlərinə görə, şübhəli obyekt Kalimantan adasının cənub-qərbindəki Pankalanbuun şəhərindən yüz millik məsafədə, yəni laynerin radarlardan itdiyi yerdən təxminən 700 mil aralıda yerləşir.

Xatırladaq ki, dünən aviadispetçer xidməti İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçan Malayziyanın "Air Asia" şirkətinin təyyarəsi ilə əlaqəni itirib. Onun göyərtəsində 162 nəfərə yaxın sərnişin olub. Cakartanın dispetçer məntəqəsi yerli vaxtla saat 6:17-da QZ 8501 reysi ilə əlaqəni itirib. İndoneziya nəqliyyat nazirliyinin nümayəndəsinin sözlərinə görə, təyyarənin pilotları əlaqə kəsiləndən əvvəl qeyri-adi marşrut tələb ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti