...

Türkiyədə dərslərə fasilə verilib

Dünya xəbərləri Materials 5 Yanvar 2015 11:52 (UTC +04:00)
Türkiyənin Kütahya şəhərində güclü qar yağması səbəbindən məktəblərdə dərslər birgünlük təxirə salınıb.
Türkiyədə dərslərə fasilə verilib

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

Türkiyənin Kütahya şəhərində güclü qar yağması səbəbindən məktəblərdə dərslər birgünlük təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verib.

Məlumata əsasən, bəzi iş yerləri də birgünlük bağlanıb.

Artıq bir həftədir ki, Türkiyənin bir çox şəhərlərində qeyri-sabit hava şəraiti hökm sürür. Bununla əlaqədar bəzi dəniz reysləri, daxili və beynəlxalq uçuşlar təxirə salınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti