Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin Qaraböyük vilayətində tələbələri daşıyan avtobus aşıb. Bu barədə çərşənbə axşamı Trend Türkiyənin "Anadolu " agentliyinə istinadən xəbər verir.
Məlumata görə, xəsarət alanlar var. Onların sayı dəqiqləşdirilmir.
Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
Faktla bağlı cinayət işi açılıb.